Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Şamaxı rayonunda vətəndaşları qəbul edib

14 fevral 2023 | 16:51

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov fevralın 14-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında həmin rayonun sakinlərini qəbul edib.

Müraciət edənlər sırasında müharibə veteranları da olub.

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Keçidlər