Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

23 avqust 2024 | 15:01

Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak ediblər. 

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  

Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər