Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Şamaxıda vətəndaşları qəbul edəcək

14 aprel 2026 | 14:39

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova aprelin 16-da Şamaxı şəhərində vətəndaş qəbulu keçirəcək.

Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.

Adıçəkilən rayonların sakinləri qəbula yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə (yalnız iş günləri və iş saatları ərzində) əlaqə saxlaya və yaportal.edu.az platforması vasitəsilə elektron formada müraciət edə bilərlər.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslərin 15 aprel saat 18:00-dək qeydiyyatdan keçməsi mütləqdir.

Keçidlər