Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Fondun Şamaxı rayonunda yerləşən Regional Filialında Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək

04 oktyabr 2022 | 15:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 07 oktyabr 2022-ci il tarixində, saat 10:00-da Fondun Şamaxı rayonunda yerləşən Regional Filialında Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, oktyabrın 4-dək Fondun Şamaxı Regional Filialına və Ağsu rayon qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Keçidlər