Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
20 may 2024 | 11:56
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 23-də Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 10:00-da Şamaxı şəhərindəki Yaradıcılıq Mərkəzində (Ünvan: Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 146) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə
(Əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, chairman@scara.gov.az, dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.