Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
04 iyul 2022 | 14:04
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 8-də Şamaxı, İsmayıllı, Qobustan, Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitədən verilən məlumata görə, qəbul YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.