Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Şamaxıda vətəndaşları qəbul edəcək
14 iyul 2022 | 10:38
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da saat 11:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.