BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu təşkil edilib
21 may 2026 | 18:15
Mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.
Səfər çərçivəsində xarici jurnalistlər Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən məkanlara baş çəkəcəklər.






