Şriftin ölçüsü :

Saytın rəngi :

Berlində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi çərçivəsində Aprel döyüşlərinin şəhidi Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisi keçirilib

16 oktyabr 2025 | 11:18

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi çərçivəsində “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərinin şəhidi Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin də təqdimatı keçirilib. Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər. Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir.

 

Keçidlər