Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun elektron kitabxanasının Göylər kənd 2 saylı tam orta məktəbində açılış mərasimi keçirilib

01 may 2023 | 20:02

1 may 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində Şamaxı rayonunun Göylər kənd 2 saylı tam orta məktəbində Bakı Dövlət Universitetinin elektron kitabxanasının açılış mərasimi keçirildi.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, BDU-nun rektoru Elçin Babayev, İsrailin Holon Texnologiya İnstitunun prezidenti, professor Eduard Yakubov, BDU-nun Sosial elmlər ve psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Universitetin Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikrini vurğulayaraq bu gün cəmiyyətdə və milli-mənəvi dəyərlərimizin qorunmasında təhsilin əhəmiyyəti, rayonda və bütün ölkədə bu sahədə görülən işlər və təhsilə göstərilən dövlət qayğısı barədə söz açdılar. Əsrlər boyu çox sayda ədiblər yetişdirən Şamaxıda bu təşəbbüsün həyata keçirilməsi, xaricdə ali təhsil ocaqları ilə birgə əməkdaşlıq, BDU-nun elektron kitabxanasının rayonda təhsil alan gənclərin istifadəsinə verilməsinin onlar üçün əvəzsiz tövhə olması barədə fikir bildirdilər.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında şeir, rəqs və sərgi nümayiş olundu. Daha sonra istifədəyə verilmiş kitabxanaya baxış keçirildi və xatirə şəkilləri çəkildi.

Keçidlər