“Batıgöz” səyyar klinikası Şamaxı rayonunda əhaliyə xidmət göstərir
19 may 2023 | 17:38
Müxtəlif göz xəstəliklərinə görə müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi xidmət etmək üçün “Batıgöz” səyyar klinikası 14 may tarixindən Şamaxı rayonunda əhaliyə xidmət göstərir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Batıgöz” klinikası və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən layihədə mindən çox rayon sakini ödənişsiz müayinə, müalicə və əməliyyat olunub.
Rayonumuzda bu nəcib humanitar layihəni həyata keçirən klinikanın rəhbərliyi və əməkdaşlarına rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən təşəkkürnamələr təqdim olunub.
Klinika daha bir neçə gün rayonda fəaliyyətini davam edəcək.