Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” Şamaxıda sahibkarlarla görüş keçirdi

17 iyul 2023 | 18:14

“Azərişıq” sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması üçün Şamaxı Rayon İcra Hakimiyyətinin binasında görüş təşkil edib.

Otuz nəfərə yaxın sahibkar və rayon ictimaiyyəti nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.

Görüş zamanı qeyd olunub ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir.

Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.

Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.

Keçidlər