Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Şamaxıda dəyirmi masa keçirilib
4 oktyabr 2023-cü il tarixində Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçiriləcək Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, şəhid anaları, rayonunun ictimai həyatında fəal və müxtəlif sahələrdə çalışan qadınlar iştirak ediblər.
Müzakirə formatında keçirilən tədbirdə iştirakçılar ailə problemləri, erkən nikah və onun fəsadları, təhsildən yayınma, məişət zorakılığına qarşı mübarizə kimi sahələrdə görülən işlər barədə söz açıblar və mövcud problemlərin həlli istiqamətində müxtəlif təkliflər irəli sürüblər. Tədbirin sonunda Azərbaycan Qadınlarının VI Qurultayında rayon qadınlarını təmsil edəcək nümayəndələr seçilib.