Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə və məzun heyəti üçün əmək yarmarkası təşkil olunub
22 may 2026 | 17:23
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə və məzun heyəti üçün əmək yarmarkası təşkil olunub.
Yarmarkada 16 müəssisə tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 120 vakansiya təqdim edilib. Tədbirdə 100-dən çox tələbə və məzun iştirak edib, onlara mövcud vakansiyalar üzrə iş şərtləri və tələblər barədə ətraflı məlumat verilib. İşəgötürənlər tərəfindən namizədlərin uyğunluğuna dair qeydiyyat aparılıb.”






