Avropa Forumunda Şamaxıda ÜST tərəfindən həyata keçirilən layihə haqqında məlumat verilib
Sentyabrın 25-28-də Azərbaycanı təmsil edən nümayəndə heyəti Belçikanın Gent şəhərində keçirilən “İlkin səhiyyənin təşkili üzrə Avropa Forumu”da iştirak edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, forumun ilk günü təşkil edilən “Integrated Community Care” master-klasında iştirak edən heyət 26-27 sentyabr tarixlərində forumun əsas günlərində Şamaxıda ÜST tərəfindən həyata keçirilən “İlkin səhiyyənin gücləndirilməsi” layihəsi haqqında və ilkin səhiyyə xidmətindəki islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Eyni zamanda, 28 sentyabrda Gent Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş təşkil edilib və görüş zamanı ilkin səhiyyənin təşkili haqqında fikir mübadiləsi aparılıb.