Arıçılıqla məşğul olan sahibkarlarla görüş keçiriləcək
Sentyabrın 15-i saat 11:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi” məqsədilə görüş keçiriləcək.
KOBİA-dan bildirilib ki, görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, ABAD, Azərbaycan Arıçılar Assosiasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
Görüşdə iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər (tel: +994 55 200 03 92, e-mail: javanshir.maharramov@smb.gov.az).