Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin Şamaxı rayonuna səfəri
Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər edib.
Səfər çərçivəsində xanım Marianxeles Belluşi Şamaxı Cümə Məscidini ziyarət edib, Qafqaz Müsəlmanlar İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev ibadət evinin tarixi barədə məlumat verib. Daha sonra Şahxəndan türbəsinin ziyarəti zamanı xanım səfir Azərbaycanda, o cümlədən Şamaxıda tarixi-mədəniyyət abidələrinə olan diqqətdən məmnunluğunu ifadə edib. Xanım səfir rayonun turizm məkanlarından Meysəri şərablarının istehsalı prosesi və Alpaka ferması ilə də tanış olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüş zamanı rayonun tarixi, sosial-iqtisadi inkişafı haqqında xanım səfirə məlumat verilib, kənd təsərrüfatı və sosial-mədəni fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.