Şriftin ölçüsü :

Saytın rəngi :

AQTA sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

28 yanvar 2026 | 15:42

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 27-si saat 10:00-da agentliyin Dağlıq Şirvan regional bölməsinin inzibati binasında (Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, 20) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 26-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Keçidlər