Agentliyin İdarə Heyətinin sədri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli 08 İyul 2022-ci il tarixdə Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakini olan imtiyazlı şəxslərin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, haqqı ödənilən ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaqdır.
Qəbula yazılmaq üçün adı qeyd edilmiş rayonların sakinləri 055 900 18 08 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbul 08 iyul 2022-ci il saat 10:00-dan etibarən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi (Gənclər parkı ilə üzbəüz) ünvanında yerləşən Dağlıq-Şirvan Regional Məşğulluq Filialının inzibati binasında keçiriləcək.