Şriftin ölçüsü :

Saytın rəngi :

AAYDA İdarə Heyətinin sədri Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək

14 fevral 2023 | 11:01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov fevralın 17-də Qobustan rayonunda vətəndaşlarla görüşəcək.

Qəbul saat 11:00-da Qobustan rayonunun Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qobustan və Şamaxı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qobustan rayonu 7 nömrəli Yol İstismarı və Şamaxı rayonu 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətlərini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aparılır.

Keçidlər