Şriftin ölçüsü :

Saytın rəngi :

Avaxıl kəndində səyyar qəbul-görüş keçirilmişdir

16 iyul 2013 | 15:00

15 iyul 2013-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Avaxıl kənd sakinləri ilə səyyar qəbul- görüşü keçirilmişdir.
        Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və Avaxıl kənd sakinləri iştirak etmişlər.
    Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əvvəlcə Avaxıl kənd sakinlərini salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yekunlarından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
     Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər. Müraciət edən vətəndaşlar əsasən kənd sakinlərinə pay torpaqlarının verilməsi zamanı yaradılmış problemlərin aradan qaldırılmasını, kəndarası yolların təmir edilməsini, məişət tullatılarının vaxtlı-vaxtında daşınmasını, yüksək gərginlikli elektrik xətlərinin həyətlərdən çıxarılmasını və digər sosial məsələlərin həll olunmasını xahiş etmişlər.
    Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Avaxıl kəndində keçirilən səyyar qəbul - görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər