Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü qeyd olunmuşdur

15 iyul 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 44-cü ildönümü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
     Tədbir iştirakçıları əvvəlcə xalqımızın unudulmaz oğlu Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ulu öndərə olan sonsuz ehtiramlarını bildirmişlər. 
     Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 14 iyul 1969-cu ilin dövlətçilik tariximizdəki yerindən, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən ətraflı bəhs etmişdir.
    Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 44-cü ildönümü münasibətilə məruzə ilə çıxış etmişdir.
   Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədli, YAP rayon təşkilatının sədri Bəxtiyar Abasov və Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktor müavini Gülnisə Ələkbərova ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən danışmışlar.

Keçidlər