Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda rayon rəhbərliyi iftarlarını şəhid ailəsində açıb

10 may 2021 | 16:00

Ramazan ayı həmrəylik, dostluq, qardaşlıq və sevgi ayıdır. Bütün bayramlarda və özəl günlərdə şəhid ailələri və müharibə əlillərini ziyarət edən, onlara diqqət və qayğı ilə dəstək olan rayonun səlahiyyətli şəxsləri Ramazan ayında bu ənənəni davam etdirir. Ramazan ayının 27-ci günündə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov va Milli Məclisin deputatı xanım Tamam Cəfərova Vətən müharibəsinin şəhidi Manafov Zahir Zakir oğlunun ailə üzvləri ilə görüşmüş, onlarla birlikdə iftar süfrəsində iştirak etmişlər.
   Şəhidin ailə üzvləri rayon rəhbərliyinə onları ziyarət etdiklərindən məmnunluqlarını ifadə edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
   İftar süfrəsində vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuş, onların keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirlər bölüşülmüşdür.

Keçidlər