Şamaxıda İkinci dünya müharibəsinin veteranları ziyarət olunmuşdur
İkinci dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 76-cı ildönümü münasibəti ilə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və RİH-nin əməkdaşları müharibə veteranları Mirağa Əhlimanov və Dədəxan Niftalıyevlə görüşmüşdür. Görüşdə müharibə illərində əzmkarlıq nümayiş etdirmiş xalqımızın xidmətləri heç vaxt unudulmayacağı, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının xatirələrinin daima əziz tutulacağı onlara bildirilmişdir. Tahir Məmmədov həmçinin azərbaycan Respublikasının Prezident İlham Əliyevin İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara göstərdiyi diqqətdən söhbət açaraq onlara həssaslıqla yanaşdığını, 29 aprel 2021-ci il tarixli Sərəncamının bu qayğının bariz nümunəsi olduğu vurğulanmışdır.
Görüşdə iştirak edən veteranlar 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ilə bağlı öz təssuratlarını bölüşmüş, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.