Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin təhsil ictimaiyyəti üçün ağır itki

29 aprel 2021 | 16:00

Uzun illər təhsil sahəsində səmərəli idarəçiliyi və pedaqoji fəaliyyəti ilə seçilən, 2019-2020-ci illər ərzində Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan, peşəkarlığı, dürüstlüyü, yüksək insani keyfiyyətləri ilə fərqlənən əsl ziyalı Nağıyev Namiq Rzaxan oğlunun dünyasını dəyişməsi bizi çox kədərləndirdi.
   Onun rəhbərliyi dövründə rayon təhsilində bir çox nailiyyətlər əldə edilmiş, Şamaxı təhsili respublikada 66-cı yerdən 52-ci yerə yüksəlmişdir. Namiq müəllim rayonumuzun ictimai-siyasi həyatında da yaxından iştirak etmiş, dövlətçilik, Azərbaycançılıq ideyalarına şərəflə xidmət etmişdir. Namiq müəllimin simasında biz Azərbaycan cəmiyyətinin inkişafı üçün çalışan bir ziyalını itirdik.
   Rayonda qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq insanların hörmətini və sevgisini qazanan Namiq müəllim bundan sonra da daim xatırlanacaq və haqqında xoş sözlər söyləniləcəkdir.
   Dəyərli dostumuz Namiq Nağıyevin dünyasını dəyişməsindən kədərləndiyimizi bildirir, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və kollektivi adından ailə üzvlərinə səbr diləyir, dərin hüznlə başsağlığı veririk.
   Allah rəhmət etsin!

Keçidlər