Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ümumi məhsul buraxılışı 18 faizdən çox artıb

27 aprel 2021 | 16:00

Şamaxı rayonunda cari ilin birinci rübündə ümumi məhsul buraxılışının həcmi 54 milyon 302 min manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 454 min manat və ya 18,4 faiz çoxdur.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Şamaxıda iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu nəticələr qazanılıb. Təkcə üç ayda sənaye məhsullarının həcmi 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 2,8 dəfə artıb və 4 milyon 667 min manat olub. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda məhsul istehsalının həcmi 818 min manat artaraq, 11 milyon 741 min manata çatıb.

Keçidlər