Aşıq Məmmədağa Babayevin 80 illik yubileyi qeyd olunmuşdur
İyulun 11-də rayon Mədəniyyət Sarayında Aşıq Məmmədağa Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MEA-nın müxbir üzvü, filologiya elmləri doktori, professor Məhərrəm Qasımlı açmış, Şirvan aşıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aşıq Məmmədağanın həyatı və yaradıcılığı haqqında ətraflı bəhs etmişdir.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Şamaxı torpağının layiqli yetişdirmələrindən olan Aşıq Məmmədağa Babayevin anadan olmasının 80 illik yuileyinin təntənəli şəkildə olkə səviyyəsində qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə və respublika Aşıqlar Birliyinə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Elxan Məmmədli və başqaları bildirmişlər ki, Şamaxı tarixən Şirvan aşıq məktəbinin mərkəzi olmuşdur. XX əsrin 50-ci illərindən sonra bu məktəbin inkişafında bir çox görkəmli sənətkarlarla yanaşı Aşıq Məmmədağanın da xüsusi xidmətləri olmuşdur. O, ulu sənətin sirlərini Şirvan aşıq mühitinin dədə sənətkarı sayılan ustad Aşıq Mirzə Bilalın şagirdi Aşıq Abbasdan almışdır.
Aşıq Məmmədağanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə respulikanın xalq atristləri Mələkxanım Əyyubovanın, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun, tanınmış aşıqlardan Əhliman Şirvanlının, Əli Tapdıqoğlunun, Ağamurad İsrafilovun, Yanvar Bədəlovun, Vüqar Mahmudoğlunun və başqalarının çıxıçları tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanmışdır.
Tədbirin sonunda unudulmaz sənətkarın ailəsi adından çıxış edən bacısı Səmayə Babayeva Aşıq Məmmədağa Babayevin sənətinə verilən bu yüksək qiymətə görə ölkı Predenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.