Şamaxıda yazlıq bitkilər əkilir
Şamaxı rayonunda yazlıq bitkilər əkininə mütəşəkkil hazırlıqlar başlanıb və az vaxtda 556,9 hektarda əkin aparılır.
Bu barədə rayon Statistika İdarəsindən bildirilib ki, indiyədək 418,3 hektarda arpa, 20 hektarda noxud, 45 hektarda kartof, 20 hektarda tərəvəz, 38 hektarda bostan məhsulları və digər bitkilər əkilir. Rayonun əksər ərazisində, xüsusilə Qızmeydan, Göylər, Quşçu, Məlikçobanlı və bir sıra digər ərazi dairələrində yaz əkinləri daha mütəşəkkil aparılır. Fermerlər və fiziki şəxslər əlverişli keçən hava şəraitindən maksimum yararlanmağa çalışır, yazlıq əkinlərin vaxtında və aqrotexniki tələblər səviyyəsində başa çatdırmaq üçün ciddi səy göstərirlər.
Qeyd edək ki, cari mövsümdə Şamaxıda 2500 hektaradək sahədə yazlıq bitkiləri əkini gözlənilir.