Şriftin ölçüsü :

Saytın rəngi :

Məzunlara attestatlar təqdim olunmuşdur

09 iyul 2013 | 15:00

Bu ilki dərs ilində Şamaxı rayonunun ümummtəhsil məktəblərinin on birinci sinfini 606 nəfər məzun bitirmişdir. Rayon təhsil şöbəsindən verilən məlumata görə onların əksəriyyəti respublikanın müxtəlif ali məktəblərinə sənəd verib tələbə adını qazanmaq arzusundadır.
     İyulun 8-də Şamaxı şəhəri üzrə on birinci sinfi bitirən məzunlara attestatların təqdim olunması mərasimi keçirilmişdir. Məzunlar əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ümummilli liderimizə olan sonsuz məhəbbət və ehtiramlarını bildirmişlər.
     Attestatların təqdimolunma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Mərasimi giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri əvəzi Baba Nəsirov cari dərs ilində on birinci sinfi bitirən məzunlar, eləcə də  rayon təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barəsində məlumat vermişdir.
     Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək attestat təqdim olunan məzunları, onların müəllim və valideynlərini  təbrik etmiş, həyata yenicə vəsiqə alan gənclərə gələcək həyatlarında və təhsil yollarında böyük uğurlar arzulamışdır. Natiq daha sonra milli təhsilimizin əldə etdiyi uğurlardan və bu sahəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan geniş söhbət açmışdır.

Keçidlər