Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda videokonfrans keçirilib

07 mart 2021 | 16:00

Şamaxıda YAP rayon təşkilatı qadınlar şurasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda YAP rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova, ADPU-nun Şamaxı rayon filialının direktoru, dosent Tünzalə Yusifova, rayonun Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, mərkəzi kitabxana sisteminin uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova çıxış ediblər. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ermənilərin məğlub olduğu 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların analarına 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə xoş arzular çatdırılıb.

Çıxışlarda ölkəmizdə qadın siyasətinin formalaşdırılmasının, qadın hərəkatının gücləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Qeyd olunub ki, 1993-cü ildə xalqın istəyi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra qadınlar ictimai-siyasi həyata atılmaqla onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə çiyin-çiyinə çalışması və bərabərhüquqlu olması dövlət idarəçiliyi kursunun əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Azərbaycan qadını istər torpaqlarımızın azad edilməsində, istər dövlət idarəçiliyində, eləcə də xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunmasında xüsusi rol oynayır. Bütün bunları Birinci vitse-prezident Mehriban Əliyevanın simasında aydın görürük.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda qadın siyasətinin tərəqqisi həmişə Prezident İlham Əliyevin diqqət mərkəzində olan aktual məsələdir. Prezidentin “gender (kişi və qadınların) bərabərliyi təminatı” haqqında imzaladığı çox mühüm qanunla Azərbaycan qadını geniş hüquqlu təminatlar əldə edib. Kişi və qadınların dövlətin idarə olunmasında, qərar qəbul edilməsində bərabər təmsilçiliyə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına nail olunub.

Keçidlər