Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir
İyunun 25-də Şamaxı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən ətraflı söhbət açaraq bildirmişdir ki, müstəqil Azərbaycan Respublikası Ordusunun əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli xahışı ilə ikinci dəfə hakimiyyətə qaydışından sonra ümummilli liderimizin rəhbərliyi ilə müstəqil ölkəmizdə nüzami və güclü ordunun formalaşdırılmasına başlanılmışdır. Milli ordumuza göstərilən bu diqqət və qayğı ötən dövrlər ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilmişdir. Məhz buna görə də bu gün Azərbaycanın Silahlı Qüvvələri regionun, eləcə də dünyanın ən inkişaf etmiş ordularından biridir.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəis əvəzi Nasir Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü günü ilə bağlı məruzə ilə çıxış etmişdir.
Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir rayon ərazisində yerləşən hərbi hissədə davam etdirilmişdir. Rayon icra hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatı təqdim edildikdən sonra yerli incəsənət ustaları maraqlı çıxışları ilə tədbirə xüsusi ovqat qatmışlar.