Dövlət Qulluqçusu Günü qeyd olunmuşdur
İyunun 22-də Şamaxı rayonunda Dövlət Qulluqçusu Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Dövlət Qulluqçusu Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açmışdır. O, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, “dövlət qulluğu” anlayışı ilk dəfə Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də qəbul edilən Konstitusiyamızda öz əksini tapmışdır. Ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini respublikamızda demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyi və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyalarını səmərəli yerinə yetirilməsinə xidmət edən peşəkar dövlər qulluqçusu korpusunun yaradılması təşkil edir.
Daha sonra tədbirdə xüsusi vurğulanmışdır ki, yarandığı qısa zaman kəsiyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı və diqqəti sayəsində ölkəmizdə məsuliyyətli və peşəkar dövlət qulluqçusu korpusu formalaşmışdır.