Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qruplar vaksinasiya ilə bağlı vətəndaşlara kömək göstərirlər

11 fevral 2021 | 16:00

Şamaxı rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsi plana uyğun şəkildə, uğurla davam edir.

Bu mərhələdə yaşı 65-dən yuxarı 5815 nəfərə peyvənd vurulması nəzərdə tutulub. Bu iş Şamaxı Müalicə Diaqnostika Məntəqəsində həyata keçirilir.

Vaksinasiya prosesinə əhalinin aktiv cəlb olunmasını təmin etmək məqsədilə gənc könüllülərdən ibarət 10 mobil qrup yaradılıb. Bu qruplar ünvanlarda olaraq əhalinin təhlükəli virusa qarşı vaksinasiyasının zəruriliyi ilə əlaqədar maarifləndirilməsini təmin edir, habelə onlara peyvənd olunmaları üçün mövcud qaydalara uyğun qeydiyyatdan keçərək randevu götürmələrinə kömək göstərirlər. Hələlik rayon üzrə yaşı 65-dən yuxarı 1000-ə yaxın vətəndaş onlayn qeydiyyatdan keçib, 100-ə yaxını isə peyvənd olunub.

Keçidlər