Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda səyyar ət kəsimi və satışı obyektlərində reyd keçirilib

05 fevral 2021 | 16:00

Şamaxı şəhərində sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə AQTA-nın Şamaxı regional bölməsinin, rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və polis əməkdaşlarının növbəti birgə reydi keçirilib.

Reyd zamanı COVID-19 pandemiyası dövründə səyyar ət kəsimi və satışı ilə məşğul olan fərdi sahibkarlara məxsus obyektlərə baxış keçirilib. Sanitar-gigiyenik normaların pozulduğu yerlərdə sahibkarlara qanunvericiliyin müvafiq tələbləri izah olunub, bir neçə nəfər cərimələnib. Onlara heyvan kəsiminin baytar-sanitar qaydalara uyğun məntəqələrində təşkilinin vacibliyi bildirilib, heç bir qayda və normalara cavab verməyən mağazalarda belə işlərin dərhal dayandırılması tövsiyə olunub. Əhalinin sağlam və keyfiyyətli ət məhsulları ilə təmin olunması məqsədilə sanitar-gigiyenik qaydalara əməl etməyən sahibkarların məsuliyyət daşıdıqları onların diqqətinə çatdırılıb.

Keçidlər