Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir!
Şamaxı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibəti ilə rayon gəncləri ilə vidoekonfrans keçirilmişdir.
Konfransda rayon gənclər və idman idarəsinin kollektivi, rayonun fəal gəncləri, könüllüləri, tələbə gənclər təşkilatlarının və ictimai birliklərin nümayəndələri, Vətən Müharibəsinin iştirakçıları, qazilər, idmançılar və digər fəal gənclər, həmçinin Milli Məclisin deputatı xanım Tamam Cəfərova iştirak etmişdir.
Tədbir başlanmazdan öncə torpağlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransı açan rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov tədbir iştirakçılarını salamlayaraq 2020-ci il ərzində rayonda gənclər sahəsində görülən işlər haqqında geniş məlumat vermişdir.
Sonra Milli Məclisin deputatı xanım Tamam Cəfərova çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən 2020-ci ilin məhs gənclərin şərəfinə “Könüllülər İli” elan edildiyini qeyd edərək, ötən il Azərbaycan gənclərinin tarix yazdığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bütün dünyaya müstəqil Azərbaycanın gücünü nümayiş etdirdiyini bildirmişdir.
Konfransda Vətən müharibəsinin qazisi Rasim Hacıyev, “Əngəlsiz Düşüncə” İctimai Birliyinin sədri Mətanət Qüdsi, YAP Şamaxı rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova da çıxış etmişlər.
Sonda il ərzində rayonumuzda gənclər, bədən tərbiyəsi və idman sahəsində fərqlənən gənclərimiz Şamaxı Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.