Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda sənaye məhsullarının istehsal həcmi 50 faizdən çox artıb

27 yanvar 2021 | 16:00

Şamaxı rayonunda keçən il sənaye məhsullarının istehsal həcmi 2019-cu illə müqayisədə 54,5 faiz artıb.

Rayon Statistika İdarəsindən bildirilir ki, 2020–ci ildə Şamaxıda istehsal olunan sənaye məhsullarının dəyəri 13 milyon 441 min manat olub. Bu da inişilki göstəricidən 4 milyon 739 min manat çoxdur.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlar üçün yaradılan əlverişli şərait ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq aqrar bölgə olan Şamaxıda sənayenin inkişafına güclü təkan verib.

Keçidlər