Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda palçıq vulkanı püskürüb

23 yanvar 2021 | 16:00

Yanvarın 23-də saat 19:30 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb.

Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, püskürmə kəndin 500 metrliyində qeydə alınıb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Təqribən 5 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 3 hektar ərazidə torpağın üz səthinə yayılıb. Bu ərazi 8 kənd sakininin payızlıq əkin sahəsi olub.

Qeyd edək ki, palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlara məlumat verilib.

Keçidlər