Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda vaksinasiya prosesi uğurla aparılır

22 yanvar 2021 | 16:00

Şamaxı Müalicə-Diaqnostika Mərkəzi publik hüquqi şəxsdə əhalinin vaksinasiyası prosesi ilk gündən uğurla, planauyğun şəkildə aparılır.

İnsanların COVID-19 infeksiyasına qarşı peyvənd edilməsi xüsusi nəzarət altında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) müəyyən etdiyi qaydalara uyğun təşkil olunub. Mərkəzdə vaksinasiya prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılıb. Birinci mərhələdə tibb işçiləri peyvənd olunurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq tibb işçilərindən sonra xüsusi risk qruplarına daxil olan yaşı 65-dən yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Bunun üçün artıq qrafik tərtib olunub. Hazırda əhali arasında təbliğat-izahat işləri davam etdirilir.

Keçidlər