Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Azadlığa aparan yol” mövzusunda videokonfrans keçirilib

19 yanvar 2021 | 16:00

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələri bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olmaqla yanaşı, totalitar sovet rejiminin xalqımızın azadlıq əzmini qırmaq, milli mənliyini sarsıtmaq məqsədilə həyata keçirdiyi terror aktıdır.

Şamaxı rayon Heydər Əliyev Mərkəzində videokonfrans formasında keçirilən “Azadlığa aparan yol” mövzusunda danışılıb.

Videokonfransdakı çıxışlarda 20 Yanvar faciəsinin başvermə səbəbləri, o cümlədən təpədən dırnağa qədər silahlanan sovet imperiyası ordusunun vəhşilikləri bir daha diqqətə çatdırılıb, xalqımızın öz şəhidləri ilə qürur duyduğu və onların xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı Rayon Mədəniyyət Mərkəzində, M.Ə.Sabirin ev-muzeyində, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm Qalereyasında, İncəsənət Təhsili Mərkəzində “Qanlı Yanvar”, “20 Yanvar faciəsi unudulmazdır”, “Qanlı Yanvar faciəsi”, “Şəhidlər unudulmur” adlı videoçarxlar nümayiş etdirilib, kitab və rəsm sərgiləri təşkil olunub.

Keçidlər