Sığorta işinin təbliğinə və təşviqinə həsr olunmuş görüş
İyunun 13-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon Mədəniyyət Sarayında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun icrası ilə bağlı Şamaxı rayon əhalisi ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq müzakirə olunan məsələnin əhəmiyyətindən və bununla əlaqədar yerli icra hakimiyyəti orqanlarının qarşısında duran vəzifələrdən bəhs etmişdir.
Sonra Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti xidmətinin sektor müdiri Aqşin Əlizadə və həmin xidmətin baş məsləhətçisi Firdovsi Ağaşirinov “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri ətraflı təhlil etmişlər.
Sığorta işinin təbliğinə və təşviqinə həsr olunmuş tədbirin sonunda görüş iştirakçılarına film də nümayiş etdirilmişdir.