Şamaxıya qar yağmaqda davam edir
20 yanvar 2021 | 16:00
Yanvarın 19-dan başlayaraq Şamaxı rayonuna qar yağmağa başlamışdır.
Qarın hündürlüyü Şamaxı şəhərində 15-17 sm, rayonun dağlıq əraziləri, Avaxıl və Dəmirçi kəndlərində 27-30 sm, Qızmeydan və Pirbəyli kəndlərində isə 20-22 sm-dir.
Qarın yağması rayonuda heç bir fövqəladə hadisəyə səbəb olmamışdır.
Rayonun Fövqəladə Hallar Komissiyası tərəfindən avtomobil yollarının qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Hazırda rayonda qar yağmaqda davam edir.
.jpg)
.jpg)











