Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib

20 yanvar 2021 | 16:00

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilmişdir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon icra hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri sosial izolyasiya qaydalarına uyğun şəkildə Şəhidlər xiyabanını ziyarət etmişdir.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.
Şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklər düzülmüşdür.
20 Yanvar faciəsini ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bu vəhşiliyi xalqımıza qarşı sovet imperiyasının apardığı kinli siyasətin nəticəsi olduğunu söyləmişlər. Məqsəd xalqımızın azadlıq əzmini qırmaq olsa da, buna nail ola bilməmişlər. Əksinə, məhz bu gün həm də xalqımızın şərəf tarixi, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda əzminin, inamının dönməzliyini göstərmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət etmişdir.

Keçidlər