Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilmişdir
İyun ayının 14-də Milli Qurtuluş Günü manasibətilə Mədəniyyət Sarayında Şamaxı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ulu öndərə sonsuz məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavin Qasım Qasımov geniş məruzə ilə çıxış edərək 15 İyun Milli Qurtuluş Gününün çağdaş tariximizdəki rolunu yüksək dəyərləndirmişdir. O bildirmişdir ki, bu gün böyük təntənə ilə qeyd etdiyimiz Qurtuluş günü Azərbaycanın böyük oğlu, müstəqil respublikamızın yaradıcısı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə yenidən qaydışı ilə başlanılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş böyük uğurlarımız və qələbələrimiz başlanğıcı məhz həmin gün qoyulmuşdur.
Sonra Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova və Şəhriyar bələdiyyəsinin sədri Musa Musayev çıxış edərək Milli Qurtuluş günü ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşlər.
Daha sonra bayram mərasiminə toplaşanlar ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan həyat və fəaliyyətinə həsr olunmuş filmə, rayon mədəniyyət ustalarının maraqlı çıxışlarına tamaşa etmişlər.