Şamaxıda respublika elmi konfransı keçirilmişdir
AMEA-nın Folklor İnstitutunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Mədəniyyət Sarayında “Folklorun toplanması və sistemləşdirilməsi problemləri” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda folklor materiallarının toplanılması, sistemləşdirilməsi və araşdırılması əsas müzakirə mövzusu olmuşdur.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açmış, konfransın işinə uğurlar arzulamışdır.
Konfransın açılış toplantısında AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov, AMEA-nın müxbir üzvü, Şamaxı Astofizika Rəsədxanasının direktoru Əyyub Quliyev, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış etmişlər.
Sonra elmi praktik konrfrans bölmələr üzrə davam etdirilmişdir. Bölmələrdə folklor üzrə alimlərin və gənc tədqiqatçıların məruzələri dinlənilmiş və təhlil edilmişdir.