Şamaxıda qış öz sərt üzünü göstərir, rayonda qarlı-boranlı hava hökm sürür
Bu gün gecə saatlarından Şamaxı rayonunun demək olar ki, bütün yaşayış məntəqələrinə güclü qar yağmağa başlayıb. Dağlıq ərazilərdə qarın hündürlüyü 20-25 santımetrə çatıb.
Ən çox qar rayonun Y.Məmmədəliyev qəsəbəsi, Nağaraxana, Talışnuru, Ərçiman, Pirbəyli, Sis, Qaleybuğurd, Qızmeydan, Avaxıl və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq.
Səhər saatlarından Şamaxı-Pirqulu və Çuxuryurd-Qızmeydan avtomobil yollarında qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yollar təmizlənərək qum-duz qarışığı tökülüb. Hazırda magistral və kənd yollarında hərəkət normaldır.
Şamaxı ərazisində gecə saatlarında şaxta və dumanlı hava olacağı, yolların buz bağlayacağı gözlənildiyi üçün yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.