Qalib ölkənin - Qalib Prezidenti!
On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Bu 17 ildə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.
Bu gün xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidentimizə və ailəsinə möhkəm cansağlığı, uzun ömür və səadət dolu günlər arzu edirik.
Qoy Azərbaycan xalqının həmrəyliyi və müstəqilliyi əbədi olsun, vətənimizdə həmişə sülh və əmin-amanlıq, firavanlıq hökm sürsün. Uca Allah cənab Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu və doğma Azərbaycanımızı qorusun!