Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda bağlardan 1850 tona yaxın meyvə yığılıb

16 dekabr 2020 | 16:00

Şamaxı rayonunda meyvə yığımı yekunlaşıb, bağlardan 1849,5 ton məhsul götürülüb.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, ən çox meyvə İkinci Cabanı, Dədəgünəş kənd, Sabir qəsəbə inzibati ərazi dairələrində toplanıb. Rayonun təbii-iqlim şəraiti alma, armud, xurma, qoz, fındıq meyvələrinin yetişdirilməsi üçün çox əlverişlidir.

Qeyd edək ki, hazırda Şamaxıda 732,4 hektar meyvə bağı var və bunun 557,8 hektarı məhsuldardır. Son illər bölgədə bağların sahəsi genişləndirilir. Təkcə cari ildə 125,1 hektarda yeni bağlar salınıb

Keçidlər