Şamaxıda 38 min hektar sahədə payızlıq taxıl əkilib
16 dekabr 2020 | 16:00
Şamaxı rayonunda payızlıq taxıl əkini başa çatıb və 38 min hektar sahədə səpin aparılıb.
Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, taxılçılar gələn ilin məhsulu üçün 29,4 min hektar sahədə buğda, 8,6 min hektar sahədə isə arpa əkiblər. Bu strateji məhsul rayonun iri taxılçılıq təsərrüfatlarında, o cümlədən “Aqro Dairy Operutions” MMC-də, Sabir, Şəhriyar qəsəbə, Qızmeydan, Göylər, Çarhan, Məlhəm və bir sıra digər kənd ərazi dairələrində daha çox əkilib.
Qeyd edək ki, əkində yerli şərait üçün daha sərfəli toxumlardan istifadə olunub, şum altına kifayət qədər mineral gübrə verilib. Artıq səpin aparılan sahələrin 95 faizində normal çıxış alınıb.