Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumxalq məhəbbətinin ifadəsi

10 may 2013 | 15:00

Məlum olduğu kimi, may ayının 10-u xalqımızın böyük oğlu, müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu, görkəmli dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü günüdür. Artıq onuncu ildir ki, qədirbilən Azərbaycan xalqı ümummilli liderimizin doğum gününü onsuz qeyd edirlər.
         Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsbələrimizdən Şamaxı şəhərinə gəlmiş insanlar axın-axın Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər.
         Tədbirdə bir daha bğyük fəxr hissi ilə bildirilmişdir ki, hər bir xalqın  tarixini onun müdrik, uzaqgörən və qəhrəman oğulları yazır və  yaradırlar. Ümummilli liderimiz, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin  möhtəşəm bir dövrünə əbədi imza atmışdır.
Bu gün böyük bir məktəb olan Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsi sovet dönəminə təsadüf edir. Həmin illərdə keçmiş ittifaq üzrə axırıncı yerlərdə qərarlaşan Azərbaycan 1969-cu ildən başlayaraq  ümummilli liderimizin gərgin səyləri nəticəsində böyük inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev hakimiyyətinin ikinci mərhələsi bizim üçün daha unudulmazdır. Bununla da  xalqımızın böyük oğlu Heydər Əliyevin başçılığı altında müstəqil Azərbaycan Respublikasının bünövrəsi quruldu. Vətəndaş müharibəsinin alovları söndürüldü. Milli ordu quruculuğu işinə başlanıldı. Qısa vaxt ərzində cəbhədə  vəziyyət Azərbaycanın  xeyrinə dəyişdi, uğursuzluq sindromu  sındırıldı. Atəşkəs imzalandı. Azərbaycanın bazar iqtisadiyyatına keçidi üçün bütün zəruri tədbirlər görüldü. Böyük müqavilələr, layihələr imzalandı.
Rəhbərliyi dövründə ulu öndərimiz Heydər Əliyevin qədim Şamaxı torpağına göstərdiyi böyük atalıq qayğısı göstərmişdir. Dahi rəhbərimiz Heydər Əliyev 1974-cü ildən 1982-ci ilə kimi 14 dəfə Şamaxıda olmuş, rayon sakinləri ilə  görüşmüş, onlara müasir Şamaxının tikilib-qurulmasında öz xeyr-duasını vermişdir. Müasir Şamaxı məhz Heydər Əliyev dövrünün yadigarıdır.
Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həst olunmuş tədbir axşam bayram konserti ilə başa çatmışdır.

Keçidlər