YAP rayon təşkilatının yeddinci konfransı keçirilmişdir
18 may 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yeddinci konfransının davamı keçirilmişdir. Konfransı giriş sözü ilə YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov açmışdır. Sonra tədbirdə Milli Məclisin üzvü Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın cəmiyyət həyatındakı aparıcı rolundan, Yeni Azərbaycan Partiyasının növbəti qurultayı qarşısında qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişlər.
YAP Şamaxı rayon təşkilatının yeddinci konfransında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev yekun sözü söyləmişdir.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının beşinci qurultayına Şamaxı rayon təşkilatından nümayəndələr seçilmişdir.